Talıbova məxsus ticarət mərkəzi bağlandı – FOTOLARbackend

Talıbova məxsus ticarət mərkəzi bağlandı - FOTOLAR

Naxçıvanda “Cahan Holdinq”ə məxsus olan “Banu” və “Minbir Home” ticarət mərkəzləri bağlanıb.

KONKRET.az TNS-ə istinadən xəbər verir ki, yaxın günlərdə həmin binada “Bolmart” supermarketi fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra ölkəmizdə fəaliyyət göstərən şirkətlər, ticarət mərkəzləri, müxtəlif brendlər Naxçıvanda öz filiallarını, müəssisələrini yaradırlar.

Uzun illər Naxçıvanı qapalı formada idarə Vasif Talıbov Bakıda fəaliyyət göstərən heç bir iş adamını muxtar respublikaya buraxmamış, ölkəmizin iri şirkətlərinin bölgədə müəssisələrinin yaradılmasına imkan verməmişdi. Naxçıvanda yalnız Vasif Talıbovun övladlarının, onlara yaxınlığı ilə seçilən iş adamlarının ticarət mərkəzləri fəaliyyət göstərirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*