Tanınmış həkim vəfat etdibackend

Tanınmış həkim vəfat etdi 

Qarabağ müharibəsi veteranı, həkim psixonevroloq Mahmud Rafiq oğlu Vəkilov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə mərhumun yaxını, hüquqşünas Səməd Vəkilov məlumat yayıb.

M.Vəkilovun ürəyində yaranmış problem səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, M.Vəkilov 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O daha sonra 2001-2011-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. O, 1989-1992 “Semaşka” adına Kliniki Xəstəxananın Nevrologiya şöbəsi, 1991-1992-ci illərdə Sumqayıt şəhəri 2 saylı poliklinikada, 1992-1997-ci illərdə Müdafiyə Nazirliyinin nəzdində hərbi hissədə və s. tibb müəssisələrində fəaliyyət göstərib. 2009-2014-cü illərdə Qazax şəhər Diaqnostika Mərkəzində fəaliyyətdə olub.

Allah rəhmət eləsin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*