Tanınmış konfliktoloqdan həyəcan təbili: “Yalvarıram, atəşkəsə getməyin”backend

Tanınmış konfliktoloqdan həyəcan təbili: "Yalvarıram, atəşkəsə getməyin"

“Onlar 1993 – cü ildə bütün dünyanın gözü qarşısında, BMT TŞ – nın dalbadal qətnamələri çıxa-çıxa heç kimə baxmayaraq 7 rayonu işğal etdilər”

Ermənilərin məqsədi vəziyyəti dəyişdirməkdir, torpaqlardan çıxmaq deyil…

Etiraf edək ki, bu saatlarda hamı Moskva görüşünün nəticələrini həyəcanla gözləyir.

KONKRET.az vəziyyətin gərginlik həddinin yüksəldiyi bu dəqiqələrdə konfliktoloq Elxan Mehdiyevdən müsahibəsini. təqdim edir:

– Elxan bəy, Prezidentin müraciətini izlədinizmi?

– İzlədim. Prezident İlham Əliyev xalqa müraciətində hər birimizin ürəyindən keçən ifadələri işlətdi. O bu illər ərzində ürəkləri yanıb yaxılan xalqımızın sözlərini söyləyirdi. Bu illər ərzində ermənilərlə bütün bu beynəlxalq görüşlərdə alçalan, alçaldılan,gücsüz qalan,biganəliyi və tərəfkeşliyi öz gözləri ilə görən,əli heç bir yerə çatmayan və ancaq hər zaman ordusuna güvənən bizlərin ürək sözlərini deyirdi. Bu tarixdir və çoxlarının ağlına gətirmədiyi və inana bilmədiyi hadisələrin baş verdiyi və Azərbaycan ordusunun yazdığı bir tarixdir. Artıq bizim millət qürurlu, kimlikli bir millət kimi tarixdə öz şərəfli yerini tutacaq və hər kəs də bizi dövlət kimi tanıyacaq və hörmət edəcək.

– Siz bir hərbi tədqiqatçı kimi ordumuzun əməliyyatlarını necə müqayisə edərdiniz? 

– Qəhrəman Azərbaycan ordusu şərəfli tarix yazır. Azərbaycan ordusu hər kəsin həsəd aparacağı yüksək texnologiya əsasında müasir müharibə aparır. Yalnız hərbi hədəflərə yönəlmiş yeni müharibə aparma üslubu ortaya qoymuşdur. İndi dünyanın hərbi ekspertləri və hərb elmi ilə məşğul olan alimləri Azərbaycan ordusunun təcrübəsini öyrənəcək və onun doktrinaları ilə bağlı yazılar yazacaq və başqa ölkələr də bizim təcrübəmizi öyrənməyə çalışacaq.

Azərbaycan ordusunun erməniləri torpaqlarımızdan çıxarma əməliyyatları gözlərimdə Amerikan ordusunun Səddam Hüseyni Küveytdən çıxarmasını canlandırır. Müasir texnologiya ilə silahlanmış Amerikan qüvvələri Səddamın texnika və canlı qüvvəsini maneəsiz olaraq havadan məhv edirdi.  İndi Azərbaycan ordusu bunları heç də təyyarələrlə yox, onlardan daha irəli gedərək insansız hava aracları ilə həyata keçirir. Bu inanılmaz başarıdı.  Eşq olsun Azərbaycan ordusuna!

– Sizcə atəşkəs olacaq, yoxsa döyüşlər davam edəcək?

– Mən Prezidentin çıxışında ermənilərə son şans vermək və ya sülh yolu ilə torpaqlardan çıxmaları üçün danışıqlara getmək çalarlarını da hiss etdim. Kaş mən səhv edim. Bəlkə də bu hisslər daha çox Moskvada gedən danışıqlara görə artmış. Amma biz ordumuzun indiki zəfər yürüşü zamanı atəşı dayandırsaq və yenidən sülh danışıqlarına getsək vəziyyət dəyişəcəkdir. Atalar sözü var: hər günün bir hökmü var. Sabah vəziyyət dəyişə bilər. Ermənilərə bu gün fasilə lazımdır. Onlar toparlanmaq istəyir. Həm hərbi və həm də siyasi müstəvidə yeni şərait yaratmaq istəyirlər. Onlar öz xoşuna torpaqlardan çıxmayacaq. Bunu hər birimiz bilirik. Prezident bunu öz görüşlərindən dolayı hamıdan yaxşı bilir. Əgər sülh yolu ilə də çıxmaq istəsə, o zaman yenə vaxtı uzadacaq və beynəlxalq və ya Rusiya qüvvələrinin gəlməsini istəyəcək.  Bu isə uzun prosesdir. Həm də bizim taleyimizi yenə də beynəlxalq qüvvələr idarə edəcək. Bu iş daha da beynəlmiləlləşəcək. Onlar gəldiyi zaman hərbi əməliyyatlar aparmaq daha da çətin olacaq. Ermənilərin məqsədi vəziyyəti dəyişdirməkdir, torpaqlardan çıxmaq deyil. Ona görə də mən şəxsən yalvarıram, atəşkəsə getməyin. Mən çox həyəcanlıyam. Onlar 1993 – cü ildə bütün dünyanın gözü qarşısında, BMT TŞ – nın dalbadal qətnamələri çıxa-çıxa heç kimə baxmayaraq 7 rayonu işğal etdilər. O zamankı tarixi şansdan istifadə etdilər. Bizim tarixi şansımız indidir. Bunu əldən versək, sonra vəziyyət dəyişəcək. İndi həm beynəlxalq vəziyyət və həm də regional ölkələrin münasibəti bizim xeyrimizədir.  Biz bütün torpaqları azad edib, ondan sonra öz şərtlərimizlə danışığa getməliyik. Yoxsa bu yarımçıq iş olacaq. Ən azı ermənilər o zaman Laçından çıxmayacaq və DQ-a müstəqil status verilməsinə çalışacaq və bu məsələ uzanacaq. Gördüyümüz kimi onların necə havadarları vardır.

İkincisi, fasilə yaransa Ermənistanda daxili vəziyyət dəyişəcək və çox güman ki, Paşinyan ya öldürüləcək ya da devriləcək. O zaman yeni vəziyyət yaranacaq. Bəlkə elə Koçaryan gəldi və onun da Kreml ilə münasibətləri hamıya məlumdur. Ona görə də bu tarixi şansı itirməli deyilik və xalqın ölüm-dirim savaşına çıxdığı bu dönəmdə torpaqlarını tam azad edib və sonra istənilən danışığa da gedə bilərik. O zaman bu məsələ tamamilə bizim daxili işimiz olacaq.  Atəşkəsə getməyin…..

mənbə:moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*