Tanınmış şərhçi “İdman” TV-dən getdi – FOTObackend

Tanınmış şərhçi “İdman” TV-dən getdi - FOTO

“İdman” TV-nin daha bir şərhçisi kanalla yollarını ayırıb.

KONKRET.az xəbər verir ki, sevilən idman şərhçisi İsmayıl Abdullayev  uzun illər çalışdığı televiziya ilə vidalaşıb.

Telejurnalist özünün “Facebook” səhifəsində bunları yazıb:

“11 illik “İdman TV” karyerama artıq son qoydum. Bu müddət ərzində qazandığım dost və qardaşlardan ayrılmağın çox çətin olacağını bilirəm. Ən əsası, ikinci evimdən, ailəmdən uzaqlaşmaq ağırdır. Amma sizin kimi tamaşaçı, izləyici qazandığım üçün çox xoşbəxtəm. Ümid edir və inanıram ki, bu seçimim xeyirli-uğurlu olacaq”.

Ayrılığın telekanal daxilində baş verən problemlərdən qaynaqlandığı bildirilir. Yaxın günlərdə növbəti ayrılıqların baş verəcəyi isə istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*