Tanınmış vəkil yanında təcrübə keçən qıza təcavüz etdibackend

Tanınmış vəkil yanında təcrübə keçən qıza təcavüz etdi

Türkiyədə vəkil yanında təcrübə keçən qıza təcavüz edib.

KONKRET.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Hüquq sahəsində təcrübə keçən Öykü adlı qıza İstanbul Vəkillər Kollegiyasının (İstanbul Baro avukatları) vəkillərindən biri təcavüz edib.

Bu barədə qız öz sosial şəbəkəsində paylaşım edib:

“Hamıya salam. Mənim adım Öyküdür. İstanbul Vəkillər Kollegiyasının üzvü olan M.K. adlı vəkil mənə və mənim kimi yanında işləyən bir çox qıza təcavüz edib və bizi təhdid edərək şikayət etməməyimiz üçün qorxudub”.

O, müdiri tərəfindən təcavüzə uğrayan qadınlara səslənərək onu dəstəkləmələrini istəyib.

Öykü ona təcavüz edən şəxsin 30 il vəkil işləyərək Türkiyədə yüksək mövqeyə malik olduğunu, öz oğlunu bıçaqla öldürməyə cəhd edən, arvadını döyən və insanları ölümlə hədələyən biri olduğunu deyib.

Öykünün paylaşımı əsasında hadisənin araşdırılmasına başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*