Tarasov: “Rəsmi Bakının informasiya siyasətinə heyran qalıram”backend

Tarasov: “Rəsmi Bakının informasiya siyasətinə heyran qalıram”

Ermənistanın sülh müqaviləsindən yayınması simulyasiyadır və ermənilər bununla vaxt udmağa çalışırlar. Rəsmi Bakının təkliflərini öz ictimaiyyətindən gizlədən Ermənistan, eyni zamanda, Qərbdəki tərəfdaşlarına arxayındır. Danışıqlar prosesinə mane olan Qərb dairələri öz çirkin əməlləri ilə ermənilərə ürək-dirək verir və onları nikbin olmağa çağırır. Ermənistanın gizli oyunlarda iştirakının onlara yaxşı heç nə vəd etmədiyini deyən ekspertlər bildirirlər ki, ermənilər bununla daha dərin böhran yaşa bilərlər.

KONKRET.az xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasovun Ermənistan mətbuatına müsahibəsi də bu yöndədir: “Bakı deyir ki, Ermənistana təkliflər göndərilib. Ermənistan da həmin təklifləri qəbul etdiyini deyir. Xahiş edirik, açın, göstərin həmin təklifləri. Qoy, hansı təkliflərdən söhbət getdiyini erməni xalqı da bilsin. Moskvada isə hər şeydən xəbərdar olsalar da, susurlar. Ruslar öz problemlərinin nədən ibarət olduğunu dəfələrlə səsləndiriblər. Təbii ki, Moskva baş verənlərə kənardan sakitcə baxmır. Qərbə gəlincə, onlar resurs baxımlndan buna hazır deyil.

Bilirsiniz, onların əl-qolunu bəzi məsələlər tamamilə bağlayıb. Ortada bəyannamə var və tərəflər həmin sənədə imza atıblar. Amma reallıq ortadadır və Rusiyanın Gümrüdə hərbi bazası mövcuddur. Rusiyanın Qarabağdakı hərbi kontingentinə gəlincə, hərbçilərin orada kimi kimdən qoruduğunu deyə bilmərəm. Azərbaycan həmin hərbi kontingentin Qarabağdan çıxmasını tələb edənə qədər orada qalacaq. Azərbaycan isə tələsmir. İndi iki ölkə arasında gedən danışıqları şərh etmək olduqca çətindir. Tərəflər fərqli şərtlər irəli sürürlər. Qarabağın erməni sakinlərinin taleyi artıq Ermənistanın əlində deyil, son söz Bakınındır. Qarabağ Azərbaycan ərazisidir və bu məsələyə yenidən qayıtmaq olduqca çətindir”.

Erməni jurnalistin “Bakı niyə danışıqların ikitərəfli formatda aparılmasında maraqlıdır?” sualını cavablandıran rusiyalı politoloq bildirib ki, Azərbaycan danışıqlarda kənar vasitəçilərin iştirakının tərəfdarı deyil: “Onlar Moskva və Brüsselin danışıqlarda iştirakını artıq hesab edirlər. Üçüncü tərəflər sadəcə danışıqlara mane olur və prosesdə iştirak edən tərəflər bir-birinə etibar etmirlər. Əslində bəzi qüvvələr Ermənistan – Azərbaycan danışıqlarından siyasi alver kimi istifadə edirlər. Ümidverici bir şeyin olmadığını görən Azərbaycan danışıqları vasitəçisiz aparmağa üstünlük verir. Qərbin mövqeyi çox təzadlıdır. Qərb bu proseslərdə bir addım irəli atırsa, dörd addım da geri atrır. Bu da məsələni qəlizləşdirir.

Rəsmi Bakının mövqeyinə gəlincə, Bakı özünü həddindən artıq inamlı aparır. Onlar nə KTMT-dən, nə də digər təşkilatlardan asılıdır. Bu gün Azərbaycan Rusiyada geniş informasiya şəbəkəsi formalaşdırıb, informasiya siyasətini düzgün qurub. Sadəcə mən buna heyran qalıram. Moskvada Ermənistanı az qala yaddan çıxarıblar və bu tendensiya davam edir. Son illərdə Ermənistanın Rusiyada informasiya dalanına dirənməsi də ekspertlərdə müəyyən suallar yaradır. Bütün günahlar ermənilərin özündədir”.

Zəngəzur dəhlizinin açılma perspektivinə də toxunan politoloq bildirib ki, Azərbaycan dəhlizin İrandan keçəcəyini elan etdikdən sonra Ermənistanın işi bir qədər çətinləşib: “Əgər nəqliyyat dəhlizi Zəngəzurdan keçməyəcəksə, Ermənistan yenidən dalan ölkə olaraq qalacaq”.

Daha sonra erməni jurnalistin bir neçə təxribatçı sualına tutarlı cavab verən politoloq bununla ermənilərin Rusiyada anti-Azərbaycan siyasətinin iflasa uğradığını bir daha sübut edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*