Tarixin qanlı səhifəsi: Minlərlə səlibçi əsir düşdü, qul bazarlarında qiymətlər çökdübackend

Tarixin qanlı səhifəsi: Minlərlə səlibçi əsir düşdü, qul bazarlarında qiymətlər çökdü

Səlib yürüşləri zamanı Xattin döyüşündə o qədər çox latın əsir götürülmüşdü ki, Suriyanın qul bazarları əsirlərlə dolub-daşmış, nəticədə qulların qiyməti üç qızıl dinara qədər enmişdi.

Reno de Şatilyondan başqa, edam edilənlər yalnız ruhani-cəngavər ordenlərinin döyüşçüləri idi. Bu ölüm saçan frank “təhrikçiləri”ni sağ buraxmaq həddindən artıq təhlükəli hesab olunurdu. Üstəlik, onlar girov kimi də o qədər faydalı deyildilər. Çünki bu ordenlərin üzvlərinin azadlığı üçün adətən heç kim fidyə ödəməyə razı olmurdu.

İmadəddin əl-İsfahani hadisələri belə təsvir edirdi:

“Səlahəddin Eyyubi iyulun 6-da üzündə sevinc ifadəsi ilə öz taxtında oturmuşdu. Həmin vaxt onun qarşısına yüz və ya iki yüzə yaxın tamplier və hospitalyer gətirildi. Onlardan yalnız bir neçəsi İslamı qəbul etmək təklifinə razı oldu. Qalanlarının üzərinə isə bir dəstə tələbə və sufi — dindar insanlar və zahidlər hücum çəkdi…”.

İmadəddin əsir götürülmüş səlibçilərin öldürülməsi səhnəsini də belə qələmə alırdı:

“Bəziləri qılıncla zərbələri dəqiq endirir, bunun müqabilində təşəkkür alırdı. Bəziləri isə bundan imtina edir, öldürə bilmirdi və bağışlanırdı. Bəziləri özlərini gülünc vəziyyətə salır, onların yerini başqaları tuturdu. Mən onların küfrü öldürərək İslama həyat verdiklərini, şirkə son qoyaraq tövhidi bərqərar etdiklərini gördüm”.

Hazırladı: Natiq Səlim,
KONKRET.az

Mənbə: Tomas Asbrik, “Səlib yürüşləri. Müqəddəs torpaq uğrunda orta əsr müharibələri”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*