Tarkanın konsertinə görə Bakıda sonu görünməyən tıxac – VİDEObackend

Tarkanın konsertinə görə Bakıda sonu görünməyən tıxac - VİDEO

Bakıda güclü tıxac müşahidə edilir. Hazırda yüzlərlə maşın tıxacda qalıb. 

KONKRET.az xəbər verir ki, tıxaca səbəb türkiyəli meqastar Tarkanın Azərbaycan paytaxtında konsert verməsidir. O, pərəstişkarları ilə Baku Crystal Hall  idman-konsert kompleksində bir araya gəlib.

Ərazidə olan müaxbirimizin verdiyi məlumata görə, konsert başlamamışdan təxminən 2 saat əvvəl həmin istiqamətdə nəqliyyatın hərəkəri məhdudlaşıb. Hazırda həm şəhərdən çıxış, hən də paytaxta giriş istiqamətində dəhşətli sıxlıq var. Su İdmanı Sarayından başlayan tıxac “Dəniz Mall”a kimi davam edir. Yolun hər iki istiqamətində nəqliyyatın hərəkəti tamamilə iflic olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*