Tayson Konora müraciət etdi: “Niyə belə etdiyini özündən soruş”backend

Tayson Konora müraciət etdi: "Niyə belə etdiyini özündən soruş"

Əfsanəvi boksçu Mayk Tayson UFC üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqora müraciət ünvanlayıb.

KONKRET.AZ-ın məlumatına görə, o, pabda yaşlı kişini döydüyü üçün məhkəmə üzünə çıxacaq həmyerlisinə məsləhət verib.

M.Tayson bildirib ki, 6 aya qədər həbs gözləyən amerikalı döyüşçü daha təmkinli olmalıdır: “Konor niyə belə etdiyini özündən soruşmalıdır. Bu cür problemlərin yolunu biz bilmirik. Birdən milyonlarla dollar qazanmağa başlayırıq. Bizim heç vaxt bu qədər pulumuz olmayıb. Ailəmiz belə zənginlik görməyib. Təmkin yox, bu durumda nə etmək anlayışı yox. Hətta düşünməyə başlayırsan ki, bütün bunlara layiq deyilsən”.

Qeyd edək ki, K. Makqreqor həbslə yanaşı, 1500 dollar cərimə də oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*