Tbilisinin “Eliava” bazarında baş vermiş güclü yanğın söndürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.
Məlumata əsasən, hadisə nəticəsində təxminən 1000-1500 kvadrat metrlik anbar ərazisi yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
***
16:09
Gürcüstanın paytaxtı Tbilisinin “Eliava” bazarında güclü yanğın başlayıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, şəhərin ən iri tikinti materialı bazarı ərazisində qatı tüstü müşahidə edilir.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının səbəbi hələ bilinmir.
