Tbilisidə kütləvi aksiya keçirilirbackend

Tbilisidə kütləvi aksiya keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.

KONKRET.az xəbər verir ki, “Birgə işğala qarşı” şüarlı mitinq 20 iyun 2019-cu il hadisələrinin ildönümünə həsr olunub.

Mitinqdə icimai fəallar və müxalifət partiyalarının nümayəndələri iştrak edirlər. Təşkilatçılar dezinfeksiyaedici vasitələr də gətiriblər. Tibbi maskada olan iştirakçılar arasında sosial məsafə də saxlanılır.

Aksiya səbəbindən Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*