TƏCİLİ! İran Air sərnişin təyyarəsi VURULDUbackend

TƏCİLİ! İran Air sərnişin təyyarəsi VURULDU

Tehran İran Air-a məxsus sərnişin təyyarəsinin port şəhəri Buşeyr aeroportuna endirilən zərbə nəticəsində zərər görməsi ilə bağlı görüntülər yayımlayıb.

KONKRET.az xəbər verir ki, İran mediası və hakimiyyətə yaxın kanallar zərbənin təyyarəyə dəyən təsirini əks etdirən kadrları ictimaiyyətə təqdim edib. İran xəbər mənbələri qeyd edirlər ki, hücum zamanı aerodromda dayanan sərnişin təyyarəsi zərər alıb, lakin videolarda da görünən kimi partlayış və tüstü Buludları ətraf ərazilərdə müşahidə olunur.

Buşeyr liman şəhərinin aeroportuna endirilən zərbələr regional qarşıdurmanın fonunda baş verib və bu, sivil aviasiya obyektlərinin təsirə məruz qalması barədə narahatlıqları artırıb. Hücumların nəticələri və yaralanan və ya həlak olan şəxslər barədə hələlik rəsmi açıqlama yoxdur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*