Tələbələrlə əmək müqaviləsi bağlanacaq – Məcəllədə dəyişiklikbackend

Tələbələrlə əmək müqaviləsi bağlanacaq - Məcəllədə dəyişiklik

Tələbələrlə praktika müddətində əmək müqaviləsi bağlanacaq.

KONKRET.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən əmək müqaviləsinin bağlanma halları genişlənir.

Belə ki, təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda da əmək müqaviləsi bağlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*