Qazaxıstanın Nursultan şəhərində Türkiyənin TRT telekanalının əslən azərbaycanlı olduğu bildirilən əməkdaşı ticarət mərkəzlərindən birində ürəktutmasından dünyasını dəyişib. Zakir Daşdəmir bir neçə ildir ki, TRT-nin Mərkəzi Asiya bürosunda çalışıb. Təxminən orta yaş həddində olan Zakir Daşdəmirin indiyə qədər səhhətində hər hansı bir şikayəti olmadığı bildirilib. Həmkarımıza Allahdan rəhmət diləyirik.
