Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Oita prefekturasındakı Hidzyuday poliqonunda atış təlimi zamanı tank partlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fuji TV məlumat verib.
Qeyd olunub ki, iki hərbçinin öldüyü təsdiqlənib, digəri isə ürək-ağciyər dayanması vəziyyətindədir.
Digər bir qadın da xəstəxanaya aparılıb.
Məlumata görə, təlim məşqi zamanı tankın içində mərmi partlayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
