Təmirə ehtiyacı olan məktəblərin sayı açıqlandıbackend

Təmirə ehtiyacı olan məktəblərin sayı açıqlandı

“Azərbaycanda 900-ə qədər təmirə ehtiyacı olan məktəb var. Ancaq ölkədə 4 400 məktəbin olduğunu nəzərə alsaq, kifayət qədər təmirli məktəbin mövcudluğunu hesab edə bilərik”.

KONKRET.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişində deyib.

“Hər il nazirlik və Heydər Əliyev Fondu tərəfindən müəyyən sayda məktəb əsaslı təmir olunur. Bütün məktəbləri eyni vaxtda təmir etmək mümkün deyil. Növbəlilik prinsipi var ki, şagird sayı çox olan, ən pis vəziyyətdə olan, eləcə də, regional bölgü nəzərə alınaraq məktəblər təmir olunur”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*