Tevanyan: “Xalqımızı qorxutmaq üçün müharibə olacaq” – VİDEObackend

Tevanyan: "Xalqımızı qorxutmaq üçün müharibə olacaq" - VİDEO

“Nikol Paşinyan 2018-ci ildən sülhsevər təbliğat aparır. O, erməni xalqını əmin edirdi ki, Əliyev konstruktivdir və məsələnin həllini istəyir. Nikol “Qarabağ məsələsinin həlli Ermənistan xalqını, Qarabağ xalqını, Azərbaycan xalqını qane etməlidir” deyərək razılaşma şüarını da irəli sürmüşdü. Lakin bütün bunlar müharibə və məğlubiyyətlə başa çatdı”.

KONKRET.az xəbər verir ki, bunu erməni deputat Andranik Tevanyan özünün facebook səhifəsində yazıb.

O, daha sonra bildirib:

Paşinyan Madrid prinsiplərini torpeda etdi, Münhen prinsiplərini təklif etdi və bu prinsiplər çərçivəsində İlham Əliyevə ünvanlanan çağırışlar etdi. İndi də Nikol Paşinyan eyni şeyi edir. Sülh çağırışlarını davam etdirir və sülh naminə Qarabağın statusunu aşağı salmağa hazır olduğunu bildirir. Paşinyan deyir ki, Türkiyədən müsbət siqnallar gəlir, amma biz başqa şey görürük.

Görünən odur ki, Paşinyan sülh göyərçini roluna girib, amma o, yenidən ölkəmizə müharibə və dağıntı gətirəcək.

Ona görə də sülhün və minimum zəruri şərtin bərqərar olmasının yeganə yolu hakimiyyət dəyişikliyidir.

Nikolçular döyüş donuzlarıdır. Onlar hətta xalqımızı qorxutmaq üçün hakimiyyət naminə Türkiyə və Azərbaycana üz tutmağa, düşmənlərimiz vasitəsilə sərhəddə gərginlik yaratmağa hazır olacaqlar, əks halda müharibə olacaq. Amma bu, artıq keçmiş mərhələdir. Döyüş donuzları sülh göyərçinini oynaya və insanları bir daha aldada bilməz”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*