Texniki Universitetin bütün dekanları dəyişdirildibackend

Texniki Universitetin bütün dekanları dəyişdirildi

Azərbaycan Texniki Universitetində (AzTU) dekan seçkisi yekunlaşıb.

KONKRET.AZ xəbər verir ki, universitetin mətbuat xidmətindən verilən məlumata görə, seçkinin nəticələrinə əsasən, Lalə Əzizova “Energetika, elektrotexnika və avtomatika, Zəkay Şayev “Nəqliyyat və logistika”, Nizami Poladov “Metallurgiya və materialşünaslıq”, Ərəstun Məmmədov “Maşınqayırma və robototexnika”, Taleh Şirinov “İnformasiya və telekommunikasiya texnologiyaları”, Fərqanə Musayeva “İqtisadiyyat və idarəetmə”, Elçin Rzayev isə “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Texniki Universitetdə 8 fakültə olub. 02.10.2019-cu il tarixndə Elmi Şuranın qərarı ilə dünyada mövcud sənaye trendləri, innovativ inkişafın texniki tədqiqat və təhsil qarşısında qoyduğu müasir çağırışlar nəzərə alınaraq AzTU-da elmi tədqiqatların prioritet istiqamətləri təsdiq olunub. Bu elmi istiqamətlər üzrə 7 fakültə yenidən təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*