Avstraliyanın şimal-şərqində kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə Kvinslend əyalətinin baş polis idarəsi məlumat yayıb.
Məlumata görə, iki ekipaj üzvünün olduğu yüngül təyyarənin qalıqları Klark dağının yamaclarında, meşədə aşkar edilib.
Qəza zamanı təyyarədə pilot və onun hamilə həyat yoldaşı olub.
İnsidentin səbəbləri ilə bağlı araşdırma aparılır.//Oxu.az
