Tikilən alternativ yol Qarabağ sakinləri üçün narahatlıq yaratmır – Sarkisyanbackend

Tikilən alternativ yol Qarabağ sakinləri üçün narahatlıq yaratmır - Sarkisyan

“Tikilən alternativ yol Qarabağ sakinləri üçün narahatlıq yaratmır”.

KONKRET.az xəbər verir ki, bunu avqustun 12-də Şurnuxda jurnalistlərlə söhbətində Xankəndi “meri” David Sarkisyan deyib.

O bildirib ki, uzun müddətdir ki, Xankəndidə işıq, qaz təchizatı və rabitə problemi yoxdur.

Sarkisyan qeyd edib ki, 44 günlük müharibədən sonra Xankəndidə məskunlaşan vətəndaşların dəqiq sayını deyə bilməsə də, onların sayı kifayət qədər çoxdur.

Onun sözlərinə görə, Laçın dəhlizinə alternativ olaraq çəkilən yol Qarabağ sakinləri üçün narahatlıq yaratmır:

“Onlar narahatlığa hazırdırlar. Qarabağlılar 4-5 km getməyə hazırdırlar. Hökumət yolda işləyir, qarabağlıların əhval-ruhiyyəsi çox yaxşıdır. Müharibədən sonra onlar öz torpaqlarında möhkəm dayanırlar. İnşaatçılar işləyir, qısa müddətdə normal yola olacaq”.

Laçın və Zabuxdan elektrik enerjisi verən naqillərin çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala bələdiyyə sədri belə cavab verib: “Bu məni maraqlandırmırdı, amma bütün məsələlər həll olunub”.

Cəmiyyətin Qarabağla bağlı qərarlardan gec və ya Azərbaycan tərəfdən xəbər tutduqlarını soruşduqda Sarkisyan bu suala cavab verə bilməyəcəyini bildirib.

“Mən bələdiyyə sədriyəm, siyasətlə məşğul deyiləm”, – Sarkisyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*