“TikTok” Azərbaycan üzrə 3 milyondan çox videonu silibbackend

“TikTok” Azərbaycan üzrə 3 milyondan çox videonu silib

“TikTok” sosial şəbəkəsi 2024-cü ildə Azərbaycan üzrə silinən videoların sayını açıqlayıb.

KONKRET.az xəbər verir ki, 2024-cü ilin nəticələrinə əsasən Azərbaycanda:

İcma Qaydalarının pozulması səbəbindən 3,1 milyondan çox video silinib (2023-cü ildə bu rəqəm 2 milyondan bir qədər çox idi);

Videoların 97%-i istifadəçilərin şikayət etməsindən əvvəl – proaktiv şəkildə silinib;

Videoların 94%-i paylaşılmasından sonra 24 saat ərzində silinib;

Videoların 90%-i isə heç bir istifadəçi onları izləmədən silinib;

770 min canlı yayım müxtəlif qayda pozuntularına görə bloklanıb.//Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*