Tokayev Qazaxıstan xalqına çətin günlər barədə xəbərdarlıq etdibackend

Tokayev Qazaxıstan xalqına çətin günlər barədə xəbərdarlıq etdi

Prezident Qasım-Jomart Tokayev Qazaxıstanın qarşıda duran hansı çətinlikləri həll edəcəyini açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, proqnozlara görə dünya üzrə iqtisadi artım  pisləşməyə doğru gedir. İqtisadi Əməkdaşlıq Təşkilatının keçən ilki hesabatına görə, dünyada birbaşa xarici sərmayələrin ümumi həcmi 27 faiz olmaqla 1,1 trilyon dollaradək azalıb.

“Bu çətin vəziyyətdə Qazaxıstan xarici investisiyaların davamlı bir dövriyyəsini davam etdirə bildi. Ötən il ümumilikdə 24,3 milyard dollar məbləğində vəsaitin ümumi həcmi 2017-ci ilə nisbətdə 16 faiz artıb. Bütün bunlar kollektiv səylərimiz və məhsuldar işimiz sayəsində mümkün olub. Amma buna baxmayaraq, bu gün qarşılaşdığımız bir sıra çətinliklər var “, – deyə Tokayev bildirib.

Prezident vurğulayıb ki, qlobal əmək bazarının transformasiyası Qazaxıstan təhsil sistemi və sosial müdafiə üçün çox böyük bir problemdir. Hökumət bu sahədə ciddi problemlərlə üz-üzədir və bunun həlli üçün mühüm proqramlar üzərində işləyir.

Xatırladaq ki, Qazaxıstanın dövlət başçısı bu çıxışını bu gün Nursultanda keçirilən Xarici İnvestorlar Şurasının 32-ci plenar iclasında edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*