Tokayevdən Qazaxıstan-Çin sərhədindəki maliyyə itkiləri ilə bağlı AÇIQLAMAbackend

Tokayevdən Qazaxıstan-Çin sərhədindəki maliyyə itkiləri ilə bağlı AÇIQLAMA

“Ölkə Çinlə sərhəddə gömrük işinin zəif təşkil olunması səbəbindən əhəmiyyətli maliyyə itkilərinə məruz qalır. Vergi və rüsumların ödənilmir, avtomobillər texniki baxışdan düzgün keçirilmir. 

KONKRET.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Tokayev bildirib. Tokayev bu problemin tezliklə həll olunmasını da tapşırıb.

Bəs Çin Qazaxıstanla sərhəddəki vəziyyəti və gömrük işini necə qiymətləndirir?

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin mətbuat konfransında bildirib ki, ölkəsi Qazaxıstanla dost və qonşuluq münasibətindədir, eləcə də daimi strateji tərəfdaşdır: “Etibarlı əməkdaşlıq mexanizmlərimiz və kommunikasiya əlaqələrimiz var. Hər iki ölkə ikitərəfli əməkdaşlığın uğurla davam etməsi üçün birgə səy göstərəcək” – Van Venbin deyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*