Tom Berendsen: Niderlandın Kiyevdəki səfirliyinin binası zədələnibbackend

Tom Berendsen: Niderlandın Kiyevdəki səfirliyinin binası zədələnib

Niderlandın Kiyevdəki səfirliyinin yaxınlığına mərmi düşməsi nəticəsində diplomatik nümayəndəliyin binası zədələnib.

KONKRET.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, diplomatik missiyanın əməkdaşları xəsarət almayıb, bina isə cüzi zədələnib. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa beynəlxalq ictimaiyyəti Rusiyanın xarici diplomatik missiyalara hücumlarını qətiyyətlə pisləməyə çağırıb və niderlandlı həmkarlarına dəstəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*