Tonoyan qoşunların təmas xəttindəki uğursuzluqlara görə istefaya gedə bilərbackend

Tonoyan qoşunların təmas xəttindəki uğursuzluqlara görə istefaya gedə bilər

KONKRET.AZ xəbər verir ki, müdafiə naziri Davit Tonoyan istefaya gedəcək. Erməni siyasi analitikləri bildirirlər ki, bu xəbərlərə əsas səbəb Nikol Paşinyan üçün növbəti hədəfin Tonoyan olmasıdır. Analitiklərin gəldiyi qənaətə görə, Davit Tonoyan Paşinyan üçün məqbul deyil. Çünki onun hərbi elita arasında nüfuzu hakimiyyətdə böyük narahatlıqla müşahidə edilir. Bəzi mənbələr isə belə hesab edir ki, Paşinyan son günlər cəbhədə qoşunların təmas xəttində ölən erməni əsgərlərinin sayının atması bəhanəsi ilə onu istefaya göndərə bilər. Yeri gəlmişkən, erməni mediasında son zamanlar cəbhə bölgəsində bir sıra əməliyyat cəhdlərinin uğursuz başa çatması ilə bağlı məlumatlar yayılıb.

Yaxşı bəs, Tonoyan istefaya gedərsə, nə baş verər? Siyasi şərhçilər vurğulayır ki, Tonoyan siyasətə gələrsə, bu, Paşinyan üçün olduqca xoşagəlməz vəziyyət yaradar. Yeri gəlmişkən, bəzi siyasi qüvvələr üçün Tonoyan ideal fiqurdur. Bu baxımdan Nikol Paşinyan ustalıqla siyasi manevr etməklə rəqibini zərərsizləşdirmək barədə düşünür.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*