“Torpaqları satan Paşinyan yenicə hökumət binasına daxil olub”
KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan “facebook” səhifəsində yazıb.
“Hökumət binası yeni il ağacına bənzəyir. İşıqları yanıb-sönən polis maşınları hər tərəfdən yuxarı qalxır, polis məmurları yenə birləşir. Torpaq satan Paşinyan yenicə hökumət binasına daxil olub…”, – deyə yazıb.
Natiq Səlim,
KONKRET.az
