Tovuzda mikroavtobusun iştirakı ilə baş vermiş dəhşətli qəzada ölənlərin sayı artıbbackend

Tovuzda mikroavtobusun iştirakı ilə baş vermiş dəhşətli qəzada ölənlərin sayı artıb

Tovuzda baş vermiş ağır avtoqəza nəticəsində xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

KONKRET.AZ bildirir ki, APA-nın qərb bürosunun məlumatına görə, xəsarətləri ağır olan 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəstəxanada keçinib.

***

Saat 17:47

Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər – 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*