Nazirlik Tovuzdakı dəhşətli qəzanın görüntülərini yaydı – VİDEO / YENİLƏNİBbackend

Nazirlik Tovuzdakı dəhşətli qəzanın görüntülərini yaydı - VİDEO / YENİLƏNİB

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı betonqarışdıran avtomobillə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı 1 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən betonqarışdıran avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində ətrafa dağılmış yanacaq yuyularaq mümkün yanğın-partlayış hadisəsinin qarşısı alınıb.

23:50

Tovuzda “KamAz”la sərnişin avtobusu toqquşub.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu ilə “KamAz”la toqquşub. Qəza zamanı “KamAz”ın sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza yerinə hüquq-mühafizə orqanları cəlb olunub.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*