Toya gələn kişini avtomobil vurdubackend

Toya gələn kişini avtomobil vurdu

Xaçmazda piyadanın vurulması ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.az–ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndov-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib. “Ariz” Şadlıq sarayına toya gələn Xaçmaz rayon sakini 1964-cü il təvəllüdlü Novruzəliyev Nurəddin Abdulbağır oğlu naməlum nəqliyyat vasitəsi tərəfindən vurulub. Yaralı dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti kafidir. Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*