“Toylar iki saatdan artıq olmamalıdır – AÇIQLAMAbackend

"Toylar iki saatdan artıq olmamalıdır - AÇIQLAMA

Azərbaycanda yarım ildən çoxdur ki, koronavirusa pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Məhərrəmlik ayından sonra toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Oktyabrda toylar hansı qaydalarla keçirilər bilər?

Bununla bağlı KONKRET.az-a danışan professor Adil Qeybulla bildirib ki, toy və yas mərasimləri el adəti olduğu üçün onların ləğv edilməsindən söhbət gedə bilməz: “Yaslar da, toylar da olmalıdır. Azərbaycansayağı, bir-biri ilə bəhsə girən toy və yas mərasimlərinin formatı tamamilə dəyişməlidir. Yaxşı olar ki, karantində yeni bir format müəyyənləşsin.

İnsanlar əvvəlki qaydalardan vaz keçərək yeni formada adəti davam etdirsin. Mən düşünürəm ki, müəyyən üsullu mədəniyyət nümunələri yeni gəlişmələrlə əvəz edilmədlir. 40-50 il bundan öncə 7 gün toy olurdu. Bu gün 3-4 saat toy olur. Yəni bu dəyişimlə heç nə olmur. Dünyada gedən daha effektiv gəlişmələrini əxs etməliyik. Mən hesab edirəm ki, toy və yas mərasimlərimiz həddən artıq qüsurludur. Bunlara dəyişimlər olmalıdır. Bəlkə də pandemiya buna səbəb ola bilər. Yəni toylarda qonaqların say tərkibi və  formatı dəyişməlidir. Stolların düzülüşü və qoyuluşu, saat məsələsi hamısı dəyişilməlidir. Saat 6-dan 12-yə kimi yemək-içmək düzgün olmayan davranışdır.

Eləcə də yaslarda. Yasa gələn bilmir ki, ölən kimdir. Hesab edirəm ki, xristianlardan bəzi nümunələr götürməliyik. Çünki onlar o mərhələni keçiblər. Mən hesab edirəm ki, toylar iki saat müddətinə keçirilməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*