ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətinin rəhbərliyinə müraciət edərək firmaya məxsus xəritə xidmətində Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Duqlas Berqam məlumat verib.
“Fox Business” telekanalının efirində çıxış edən nazir bildirib:
“Prezident birbaşa “Apple” ilə əlaqə saxlayıb, ona görə də əminəm ki, tezliklə onun adının “Amerika gölü”nə dəyişdirildiyini görəcəyik”.
Bundan əvvəl oxşar addımı “Google Maps” xidməti də ataraq amerikalı istifadəçilər üçün coğrafi adı yeniləyib. Qeyd olunur ki, bu dəyişikliklər Ağ Evin siyasətinin davamıdır. Belə ki, avqustun 27-də Donald Tramp sözügedən su hövzəsinin adının dəyişdirilməsi ilə bağlı Fərman imzalayıb və sənəd dərhal hüquqi qüvvəyə minib.
Kanada tərəfi isə Vaşinqtonun bu təşəbbüsünü kəskin şəkildə tənqid edib. Kanadanın Baş naziri Mark Karni müstəqil Birləşmiş Ştatların yaranmasından çox-çox əvvəl — dörd əsrdən artıq müddətdir ki, mövcud olan tarixi adın qorunub saxlanılmasında təkid edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
