Tramp İsrail və “Hizbullah” arasında razılaşma əldə olunduğunu açıqladıbackend

Tramp İsrail və “Hizbullah” arasında razılaşma əldə olunduğunu açıqladı

ABŞ prezidenti Donald Tramp İsrail və “Hizbullah” arasında gərginliyin azaldılması ilə bağlı razılaşma əldə olunduğunu bildirib.

KONRKET.az xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında yazıb.

O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə “çox məhsuldar” telefon danışığı aparıb.

“Beyruta doğru hərəkət edən heç bir qoşun olmayacaq. Yola çıxmış hər hansı qüvvə varsa, geri qaytarılıb”, — deyə ABŞ prezidenti Donald Tramp qeyd edib.

Tramp əlavə edib ki, yüksək səviyyəli nümayəndələr vasitəsilə “Hizbullah”la da “çox yaxşı” danışıq aparılıb.

Onun sözlərinə görə, tərəflər atəşin dayandırılması ilə razılaşıblar: İsrail “Hizbullah”a hücum etməyəcək, “Hizbullah” isə İsrailə hücum etməyəcək.

Natiq Səlim,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*