ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbərinin müavini Con Rudu istefaya göndərib.
KONKRET.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb:
“Mən Con Ruda ölkəmizə göstərdiyi xidmətə görə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram”.
Qeyd edək ki, Con Rud ABŞ Müdafiə nazirinin siyasi işlər üzrə müavini postunu tutub.
