ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsal lisenziyasının verilməsindən imtina edib.
KONKRET.az xəbər verir ki, Tramp qərarını bu texnologiyaların gələcəkdə ABŞ-a qarşı istifadə oluna biləcəyi ehtimalı ilə əsaslandırıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti iyulun əvvəlində verdiyi vəddən geri çəkilərək bildirib ki, Vaşinqton belə razılıq verməyib.
“Belə texnologiyaları vermək çətindir. Çünki onları verdiyiniz tərəf bir gün sizə qarşı da çıxa bilər”, – deyə Tramp qeyd edib.
Qəzet yazır ki, Ukraynada “Patriot” raketlərinin istehsalının təşkili ABŞ-ın məxfi müdafiə texnologiyalarının paylaşılmasını, həmçinin istehsalçı şirkətlər Raytheon və Lockheed Martin ilə əməkdaşlığı tələb edəcəkdi. Bundan əlavə, bu prosesin aylar, hətta illər çəkə biləcəyi, Ukraynada yaradılacaq istehsal obyektlərinin isə Rusiyanın əsas hədəflərindən birinə çevriləcəyi vurğulanıb.
Qeyd edək ki, bu məlumat The New York Times nəşrinin mənbələrinə əsaslanır. ABŞ administrasiyası tərəfindən məsələ ilə bağlı rəsmi təsdiq verilməyib.
Günay Əli
KONKRET.az
