ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini və Çin rəhbəri Si Cinpini ağıllı liderlər adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Tramp bildirib ki, Çin və Rusiya liderlərini sərt və ağıllı adlandıranda media “partlayır”.
“Bəli, bir milyard yarım insanı dəmir tutacaqla idarə etmək üçün ağıllı olmaq lazımdır”, – Tramp vurğulayıb.
Qeyd edək ki, daha öncə Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı vəziyyətdə özünü ağıllı lider kimi apardığını deyib.
O, Putinin Luqansk və Donetsk Xalq Respublikalarını tanımasını dahi qərar adlandırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
