Amerika lideri Donald Tramp “Truth Social” səhifəsində İrandakı hakimiyyətin davranışlarını sərt şəkildə tənqid edib və Vaşinqtonun Tehranla bağlı sərt mövqeyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti iranlı rəsmilərin danışıqlar prosesində qeyri-səmimi davrandığını bildirib: “Onlar görüş xahiş edirlər – bəziləri deyərdi ki, bunun üçün “yalvarırlar” – danışıqlar başlayır, yaxın gələcək üçün yeni raundlar təyin olunur, lakin dərhal sonra heç bir danışıq aparmadıqlarını, heç nə müzakirə olunmadığını və yalnız “Oman” ilə işlədiklərini açıq və qürurla bəyan edirlər.”
Tramp əlavə edib ki, Tehran rəhbərliyi Hörmüz boğazının onların nəzarətində olması ilə bağlı əsassız bəyanatlar yaymağa davam edir: “Həqiqətdə isə bu boğaz artıq tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin və bizim “blokadamızın”, yaxud bəzilərinin adlandırdığı kimi, “Amerika polad divarının” nəzarətindədir!”
ABŞ lideri vurğulayıb ki, razılaşma əldə olunmayana və ya tam təslimçilik baş verməyənə qədər İrana heç bir yük buraxılmayacaq: “İstər bunu etiraf etsinlər, istərsə də yox, biz həqiqətən də onların onilliklər ərzində yaratdıqları problemin həllini müzakirə edirik. Hər şey çox sadədir: İran heç vaxt nüvə silahına sahib olmayacaq!”
Natiq Səlim,
KONKRET.az
