Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?backend

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya “assosiativ üzv” statusu verilməsi ilə bağlı ambisiyalarını “alqışlayır”.

KONKRET.az xəbər verir ki, “Avropa və Kanada ayrı-ayrılıqda güclüdür, lakin birlikdə Avropa və Kanada daha da güclüdür. (…) Mən böyük dövlətlərlə rəqabət aparacaq üçüncü blok təklif etmirəm – ən azı yaxşı davranış qaydalarına riayət edən rəqib kimi. (…) Biz başqaları üzərində hökmranlıq etmək üçün güc əldə etməyə çalışmırıq”, – deyə o bildirib.

Karni çıxışı zamanı ingilis, fransız və alman dillərində danışıb. O, Avropa mədəniyyətini, demokratiya, azadlıq və insan hüquqları dəyərlərini yüksək qiymətləndirib və qeyd edib ki, Kanada da bu dəyərləri bölüşür.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Aİ-nin bu planlarına sərt reaksiya verərək onları “gülünc” adlandırıb.

“Əgər bunu ən kiçik dərəcədə belə qeyri-dostluq addımı hesab etsəm, çox yüksək gömrük rüsumları tətbiq edəcəyəm və ya Avropa ilə ticarəti dayandıracağam”, – deyə Ağ Ev rəhbəri təhdid edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*