Trampın inaqurasiyası Lukaşenkonun xoşuna gəlmədibackend

Trampın inaqurasiyası Lukaşenkonun xoşuna gəlmədi

Belarus prezidenti Aleksandr Lukaşenko Donald Trampın andiçmə mərasiminə, eləcə də onun bəyanatlarına mənfi münasibət bəslədiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “BelTa” məlumat yayıb. Aleksandr Lukaşenkonun sözlərinə görə, o, keçmiş ABŞ lideri Baydendən geri qalmır. Bununla belə, onun fikrincə, andiçmə mərasimində bayden Donald Trampdan “daha layiqli görünürdü”: “Mən bütün bu inauqurasiyanı və Trampın bəyanatlarını çox mənfi qarşıladım. Səndən əvvəl gələnləri incidə və ya təhqir edə bilməzsən. Bu, bizim prezidentlik işimizin mahiyyətidir”, – deyə Belarus lideri bildirib. Xatırladaq ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də Vaşinqtonda Konqresin mərkəzi zalında baş verib. Donald Tramp daha sonra Co Baydenin prezidentliyi dövründə qəbul edilmiş 78 qərarı ləğv edib .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*