“Trampın kursunu dəstəkləyin, silah alın” – Ağ Ev Avropanı küncə sıxışdırırbackend

“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır

ABŞ Administrasiyası Avropadakı hərbi varlığına yenidən baxılması çərçivəsində NATO müttəfiqlərinə xüsusi sorğu anketləri göndərib.

KONKRET.az xəbər verir ki, xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, Vaşinqton müttəfiqlərindən Donald Trampın xarici siyasət kursunu açıq şəkildə dəstəkləməyə hazır olduqlarını təsdiqləməyi və ABŞ-nin müdafiə sektoru şirkətlərindən alınan məhsulların həcmi barədə hesabat verməyi tələb edir:

“Doldurulmuş nüsxələri avqustun 28-dək təqdim edilməli olan sənəddə avropalı tərəfdaşların Amerika prezidentinin fəaliyyətinə sadiqliyinin qiymətləndirilməsi ilə bağlı bəndlər yer alıb. Bundan əlavə, ABŞ administrasiyası müttəfiq dövlətlərin ərazisindəki hərbi bazalarının fəaliyyəti üçün hər hansı maneənin olub-olmaması ilə də maraqlanır”.

Qəzet əlavə edib ki, alyansın aparıcı Avropa ölkələri hazırda Ağ Evlə qarşıdurmadan qaçmaq üçün vahid davranış xətti formalaşdırmağa çalışır və məsləhətləşmələr aparırlar:

“Bəzi ölkələr “Made in Europe” təşəbbüsü çərçivəsində silah alqı-satqısından imtina etmək və ya Ağ Evlə açıq həmrəylik göstərmək kimi həssas məsələlərdə ümumi ifadələrlə kifayətlənməyi planlaşdırırlar”.

Xatırladaq ki, iyulun sonunda Pentaqon Avropa qitəsindəki Amerika qüvvələrinin yerləşməsinə yenidən baxılması prosesinə başlayıb. Məqsəd regional təhlükəsizliyin təmin edilməsi üzrə öhdəliklərin böyük hissəsini Şimali Atlantika Alyansının Avropa üzvlərinin üzərinə qoymaqdır.

Qeyd edək ki, bundan əvvəl Tramp NATO-nun İranla münaqişədə ABŞ-yə kömək etməkdən imtina etdiyini xatırlatmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*