ABŞ Prezidenti Donald Trampın nəvəsi Kay Tramp Mayami Universitetində birinci kursda oxumağa başlaması ilə əlaqədar olaraq abunəçiləri üçün Florida ştatındakı mənzilində videoekskursiya keçirib.
KONKRET.az xəbər verir ki, 18 yaşlı Kay YouTube-da izləyicilərin istəyi ilə mənzilini göstərib. O, mətbəxi, qonaq otağını, iş kabinetini, qarderobu olan geniş yataq otağını və şəxsi hamam otaqlarını nümayiş etdirib.
Mənzilin dekorasiyasında Nyu-Yorkun mənzərəsi, kamin və babası Donald Trampla qolfkar üzərində çəkilmiş xüsusi foto diqqət çəkir.
Tək yaşamağa alışmağın əvvəlcə çətin olduğunu etiraf edən Kay məşqçiləri və qolf ləvazimatları qaldığı üçün tez-tez Florida ştatının Jupitersindəki evinə baş çəkdiyini bildirib. O qeyd edib ki, əsas məqsədi əylənmək deyil, qolfdur: “Mən buradayam ki, qolf oynayım, əylənmək üçün yox”.
Yeni tədris ili gənc qız üçün problemsiz ötüşməyib. Belə ki, o, son həftələrdə qida zəhərlənməsi, sinuit və streptokok infeksiyası keçirib. Köçməzdən əvvəl ailəsi ilə vidalaşarkən göz yaşlarını saxlaya bilmədiyini də qeyd edən Kay, bu cür emosional anların onun üçün adi olmadığını etiraf edib.
Natiq Səlim,
KONKRET.az

