ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri Nuuk şəhərinə gedib.
KONKRET.az-ın məlumata görə, bu barədə yerli media xəbər yayıb.
Luiziana qubernatoru vəzifəsini də icra edən Lendri əvvəllər Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə verilməsi təklifini dəstəkləmişdi. Bu mövqe, adanın satılmadığını dəfələrlə bildirən Qrenlandiya və Danimarka hakimiyyət orqanlarının sərt müqaviməti ilə qarşılaşdı.
Lendrinin 19-20 may tarixlərində keçiriləcək adanın gələciyi ilə bağlı biznes konfransda iştirak etməsi gözlənilir. Ona ABŞ-nin Danimarkadakı səfiri Kennet Houeri də qoşulacaq. Konfrans təşkilatçıları xüsusi nümayəndəyə şəxsi dəvət göndərmədiklərini, lakin tədbirin qeydiyyatının açıq olduğunu bildirib.
ABŞ-nin Kopenhagendəki səfirliyi əvvəllər Lendri və Houerin tərəflər arasında iqtisadi imkanlar, humanitar əlaqələr və qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələlərini müzakirə etmək üçün geniş Qrenlandiya nümayəndələri ilə görüşmək niyyətində olduqlarını açıqlamışdı.\\report.az
