Trampın Ukraynadakı vəziyyəti əlində saxlayan adamı ilə bağlı ŞOK FAKTLAR: Daniel Driskoll kimdir?   backend

Trampın Ukraynadakı vəziyyəti əlində saxlayan adamı ilə bağlı ŞOK FAKTLAR: Daniel Driskoll kimdir?   

Bu yaxınlara qədər Daniel Driskoll adı əksər ukraynalılar üçün məlum deyildi. Lakin son bir həftə ərzində o, Ukrayna sülh prosesində əsas fiqur kimi ortaya çıxdı. Ağ Ev ona Volodimir Zelenskiyə 28 maddəlik sülh planının layihəsini təqdim etməyi tapşırdı. Hansı ki, bu sənəd artıq Moskva üçün əlverişli və Kiyev üçün təhlükəli adlandırılıb. Sızdırılan şərtlər Atlantik okeanının hər iki tərəfində mediada xaosa səbəb olub. 

KONKRET.az xəbər verir ki, Donald Tramp bu yaxınlarda Driskolu Ukrayna üzrə xüsusi elçisi təyin etdi.   Bu gün o, sürətlə Respublikaçılar Partiyasının ağır çəkili üzvünə çevrilir. 2025-ci ilin fevral ayının sonundan etibarən Driskoll bir milyondan çox hərbçisi olan ABŞ Ordusunun katibi – mülki rəisi vəzifəsində çalışır.

Vaşinqtonda o, hərbi innovasiyalara diqqət yetirdiyinə görə Trampın “pilotsuz təyyarə rəisi” kimi tanınır. Driskoll müdafiə podratçılarını sərt tənqid etməsi və ordunu kommersiya texnologiyalarına keçirmək cəhdləri ilə məşhurdur.  O, ABŞ və Ukrayna arasında Cenevrə danışıqlarında iştirak edib və indi Rusiya ilə yenilənmiş sülh planını əlaqələndirməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*