Ermənistan baş nazirinin müşaviri ikitərəfli və regional əməkdaşlığı müzakirə etmək üçün İrana göndərilib.
KONKRET.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Artaşes Tumanyana (o, uzun müddət İranda səfir işləyib) görüşlər və danışıqlar aparmaq üçün üç gün – martın 27-dən 30-dək vaxt verilib.
Qeyd edək ki, müşavir Yerasx-Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupuna rəhbərlik edir.
Xuraman Etibarlı,
KONKRET.az
