Tural İsmayılov: “COP29-u boykota çağıranlar ifşa olundu”backend

Tural İsmayılov: “COP29-u boykota çağıranlar ifşa olundu”

Bakıda keçirilən  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa çatdırmaq üzrədir. 10 gündən artıq dünyanın diqqət mərkəzində olan Bakının ev sahibliyi etdiyi bu dəfəki COP səmərəli keçib. Tədbirdən əvvəl anti-Azərbaycan kampaniyası aparan qüvvələr COP29-un baykotuna cəhd etsələr də, buna nail ola bilmədilər. Fransanın və erməni lobbisinin dəstəyi ilə ölkəmizə qarşı aparılan çirkin təbliğat iflasa uğradı. Nəticədə COP29 uğurla öz işini davam etdiridi.

Beynəlxalq tədbiri izləyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov KONKRET.az-a COP29-la bağlı təəssüratlarını bölüşdü:

“COP-a gələn qonaqlarla apardığımız müzakirələrdə, danışdığımız mövzularda, həmçinin bütün müşahidələrdə görürük ki, qonaqların hamısı ölkəmizin COP29-a mükəmməl ev sahibliyindən heyran qalıblar. Ölkəmiz COP-dan əvvəl də bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdi. Ölkəmizin belə uğurları çox olsa da, COP29-u ən yüksək standartlarla keçirdik. İstər təşkilatçılıq, istər inzibati işlər, pavliyonlara dəstək, istər təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmuşdu.

Təbii ki, COP29-dan gözləntilər Azərbaycanın uğurlu ev sahibliyi ilə bağlı idi.Tədbir boyunca bir sıra maraqlı hadisələr baş verdi. Özəlliklə bu, iqlim maliyyələşməsi ilə bağlı idi. COP tarixində qəbul edilən çoxlu qərarlar olub. Amma Azərbaycanın səyləri ilə iqlim məsələsi geniş müzakirə edildi. Əvvəlki COP-lardan fərq ondan ibarət idi ki, burada kiçik ada dövlətlərinin taleyinə aydınlıq gətirildi. Fransanın əsarətdə saxladığı coğrafiyalarda təhlükəli siyasi addımlardan bəhs edildi.

Bəzi qüvvələrin beynəlxalq iqlim məsələlərində məsuliyyətsizliyi,  COP29-u tamamilə siyasiləşdirmək cəhdləri,  COP-u dezinformasiya vasitəsinə çevirməyə çalışmaları  “baykotçu qüvvələr”in işini fiaskoya uğratdı. Hətta onların nümayəndələrindən biri, erməni lobbisinin çirkli pullarının əsirinə çevrilən Frenk Palloni kimi adamlar da Bakıya gəlib COP-da iştirak etmək istədilər.

Nə qədər COP29 əleyhinə kampaniya aparsalar da, əslində, Azərbaycana gəlmək, buranı görmək, tədbirdə iştirak etmək istəyirdilər. Ölkəmizin uğurlu ev sahibliyi isə anti-Azərbaycan qüvvələrinə ağır zərbə vurdu.

Qonaqların gəlincə, təəssüratları çox yüksəkdir. Baklya gələn qonaqların beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycana və bütövlükdə COP29-a hansı münasibət göstəriklərini açıq-aydın göstərir. Bütövlükdə Azərbaycan həqiqətlərinin çatdırılması, ölkəmizin turizm potensialının təşviqi baxımından da COP29-un çox böyük önəmi oldu.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*