Turan İbrahimov: “Xəyal belə edə bilmədiyiniz qələbənin dadını çıxarın”backend

Turan İbrahimov: “Xəyal belə edə bilmədiyiniz qələbənin dadını çıxarın”

Gündəm mövzusu ilə bağlı media eksperti Turan İbrahimov danışıb.

KONKRET.az xəbər verir ki, o bildirib ki, cəbhə xəttində baş verən son nəticə  birmənalı şəkildə qələbədir:

“Bu Azərbaycan diplomatiyasının, iqtisadiyyatının, ordusunun, ali baş komandanımızın qələbəsidir. Uzun illər hər şey bu son nəticə üçün hesablanıb. Atılan addımlar, görülən  işlər, strateji məqədlər üçün həyata keçirilirdi. İndi o məqsədlər öz təsdiqini tapdı. Artıq Azərbaycan orudusu sözünü dedi, indi  isə Azərbaycan diplomatiyasının, siyasətinin rol oynayacağı mərhələdəyik. Bu da bizim istədiyimizdən, xəyal etdiyimizdən daha yaxşı olacaq. İndiyə qədər atılan bütün addımlar bugünkü  qələbə günü üçün hesablanıb.  Bundan sonra yalnız siyasi proses başlayır. Bu siyasi proses də eyni strategiya üzrə aparılır. Biz öz dövlət başçımıza inanırıq.  İnanırıq ki, siyasi prosesin nəticəsində vəziyyət xəyal etdiyimizdən də möhtəşəm olacaq. Buradan  hər kəsə səslənirəm:  Xəyal belə edə bilmədiyiniz qələbənin dadını çıxarın”.Moderator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*