“Turan” ideyasından danışanda rusiyalı politoloqların rəngi saralır” – İLGİNC AÇIQLAMAbackend

“Turan” ideyasından danışanda rusiyalı politoloqların rəngi saralır” – İLGİNC AÇIQLAMA

Türkdilli dövlətlərin Ortaq Media Platformasının yaradılması son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli bir addım oldu. Ortaq Media Platforması Türkiyə və Azərbaycan mediasının qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsi, iki ölkə ictimaiyyətinin effektiv şəkildə məlumatlandırılması, qarayaxma kampaniyaları ilə mübarizədə ortaq strategiyaların hazırlanması baxımından böyük bir addımdır.

Telejurnalist, professor Qulu Məhərrəmli KONKRET.az-a açıqlamasında maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Türkiyə-Azərbaycan əlaqələrinin dərinləşməsi, əməkdaşlıq planlarının cızılması, intensivləşən dialoqun nəticəsi kimi, media forumunun və media kordinasiya şurasının yaradılması kimi fikirlər mövcuddur. Bu yaxınlarda isə türkdilli dövlətlət arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı forum keçirildi: “Bu çox cazibədar ideyadır, Türk dövlətlərinin bütün sahələrdə, o cümlədən media sektorunda əməkdaşlığının önəmi çox böyükdür. Amma bunu necə həyata keçirmək olar? Yəni birgə media layihəsinin reallaşdırılması asan məsələ deyil. Hesab edirəm ki, bunun üçün ciddi əməkdaşlıq bazası yaradılmalıdır. Yəni türkdilli dövlətlər arasında ictimai-siyasi və ümumi inkişaf parametrləri üzrə ciddi problemlər mövcuddur. Məsələn Avrasiyanı əhatə edən bir televiziya yarandı və burada daha çox mədəniyyət, musiqi verilişləri yayımlandı. Bu, xalqların bir-birini tanıması baxımdan yaxşıdır. Amma media məsələsi, onun kordinasiyası ciddidir. Ona görə də dəqiq mexanizmlər mövcud olmasa, bu ideyanın gerçəkləşməsi çətinləşər”.

Oxu.az - Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında nöqsanlar hələ də var

Qulu Məhərrəmli əlavə edib ki, hazırda “Turan” ideyasından danışanda rusiyalı politoloqların rəngi saralır: “Əslində xəyali birlikdən söhbət gedir. Yəni ümumi maraq birliyi, humanitar düşüncə var. Coğrafi baxımdan bu mövcuddur. Amma siyasi-iqtisadi baxımdan bu nə dərəcədə realdır? Bu, sual altındadır. Çünki bu birlik içərisində hər bir dövlətin özünün siyasi, iqtisadi və dövlət maraqları var. Ona görə də Türk dövlətlərinin media koordinasiya komitəsinin yaradılması ideya kimi çox gözəldir, amma bunun dəqiq mexanizmi olmasa, oradakı dövlətlərin bütün maraqları təmin edilməsə, o zaman layihəni reallaşdırmaq müəyyən çətinliklər yarada bilər. Amma indiki halda dünyaya çıxış, Türk dövlətlərinin informasiya mübadiləsi, media qurumlarının əməkdaşlığı, müəyyən platformaların birgə gerçəkləşdirilməsi baxımından həmin koordinasiya şurası müəyyən işlər görə bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*