Turistlərə bu məhdudiyyətlər tətbiq ediləcəkbackend

Turistlərə bu məhdudiyyətlər tətbiq ediləcək

Venesiya hakimiyyəti bələdçinin müşayiəti ilə turist qruplarının sayının azaldılması qərarını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, şəhərin tarixi ada hissəsində, eləcə də Murano, Burano və Torçello adalarına qrup halında səfər edən turistlərin sayı 25 nəfərdən çox olmamalıdır.

Qərar Dövlət Şurası (parlament – Red.) tərəfindən təsdiqlənərsə, 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək. Tədbirin təşəbbüskarlarının fikrincə, bu, gələcəkdə turist axınını daha yaxşı təşkil etməyə, eləcə də ictimai asayişi təmin etməyə imkan verəcək. Bundan əlavə, müəyyən səs həddini aşan bələdçi mikrofonlarının qadağan edilməsi planları var.

Qeyd edək ki bu, İtaliyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Venesiyada artmaqda olan turizmi cilovlamaq üçün ilk təşəbbüs deyil. Belə ki, şəhər rəhbərliyi gecələmədən bir günlük gələn turistlər üçün şəhərə bir növ “giriş bileti”nin tətbiqini artıq təsdiqləyib. Qiymət ilin dövründən asılıdır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*