İstanbulun Bakırköy rayonunda taksi sürücüsü 3 türk sərnişini avtomobilindən düşürüb.
KONKRET.az xəbər verir ki, buna səbəb sürücünün yolda ərəb turistləri görməsi olub.
Hadisə kameralara əks olunub. Türk sərnişinləri yolun ortasında düşürən sürücü cərimələnib və nəqliyyat vasitəsinin hərəkətinə 10 gün qadağa qoyulub.
