Turistlərin ən çox pul xərclədiyi şəhərlər AÇIQLANDIbackend

Turistlərin ən çox pul xərclədiyi şəhərlər AÇIQLANDI  

Dünya Səyahət və Turizm Şurası (WTTC) turistlərin ən çox pul xərclədiyi şəhərləri müəyyən etmək üçün 2022-ci ilin turizm məlumatlarını təhlil edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, turizm şəhərlərinin ümumi siyahısında muzey biletləri və otel qiymətləri ilə yanaşı digər göstəricilər də nəzərə alınıb.

Məsələn, siyahıya başçılıq edən Parisin turizm gəlirlərinin ümumi həcmi 35,6 milyard dollar təşkil edib.

Çinin üç şəhəri – Pekin, Şanxay və Quançjou da 2022-ci il üçün ilk 10-luğa daxil olub. Makao Çində qumar oynamağa icazə verilən yeganə şəhərdir və əksər turistlər üçün ora vizasız getmək daha asandır.

“London, Paris və Nyu-York kimi böyük şəhərlər qlobal güc mərkəzləri olaraq qalacaq, lakin yaxın bir neçə il ərzində Pekin, Şanxay və Makao ən populyar şəhərlər siyahısında yer alacaq”, – WTTC-nin baş direktoru Culiya Simpson bildirib.

Qeyd olunub ki, ABŞ-ın Orlando, Nyu-York və Las-Veqas şəhərləri də ilk onluqda yer alıb.

Tokio, Mexiko və London müvafiq olaraq yeddinci, səkkizinci və doqquzuncu yerləri tutublar.

Amsterdam, Barselona, Sinqapur, Dubay və Dünya Kubokuna ev sahibliyi edən Doha ən böyük turizm gəlirləri siyahısına başçılıq etsələr də, digər kateqoriyalara görə ilk onluğa düşə bilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*