Türkiyə daha 9 ölkə ilə uçuşları dayandırdıbackend

Türkiyə daha 9 ölkə ilə uçuşları dayandırdı

Türkiyə koronavirus infeksiyasının daha çox yayıldığı ölkələrlə mülki uçuşları dayandırır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Məhməd Cahid Turxan məlumat verib.

Nazir bildirib ki, yeni qadağa siyahısına Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Niderland daxildir. Türkiyə bu ölkələrlə uçuşları martın 14-dən aprelin 17-dək qadağan edib.

Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, artıq ölkədə beş nəfər virus daşıyıcısı aşkarlanıb. Virusa yaxalanan şəxs Almaniyadan yeni qayıdıb və ətrafındakı şəxsləri də yoluxdurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*